Mehriban Əliyevadan Bilik Günü təbriki

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik günü münasibətilə "Instagram" hesabında paylaşım edib. "Report"un xəbərinə görə, paylaşım mətnində deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!"

635x100

Şərhlər

Səbuhi 2020-09-15 13:27:33

Mənim üçün çox gözəl gündür. Çox sağ olun Mehriban xanım, bu il ALLAHIN köməkliyi ilə övladlarım universitetə qəbul olub. Arzu edirəm ki, onlar Tibb sahəsində təhsil alıb xalqımıza layiqli şərəfli xidmət göstərsinlər. Həyatda uğurları bol olsun. ALLAH DÖVLƏTİMİZİ QORUSUN AMİN

Son yazılar