Menu

Borçalıda koronavirusa yoluxma halları artıb

15.09.2020, 13:21
Borçalıda koronavirusa yoluxma halları artıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, halların 1-i Rustavidə, 3-ü isə Qardabanidə təsdiqlənib.

Epidemioloqlar hazırda yoluxma mənbələrini müəyyən edirlər.

Qeyd edək ki, ötən gün Kvemo Kartlidə 11 nəfərə COVID-19 diaqnozu qoyulub. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol