Menu

Əfqanıstanda hərbçilərlə silahlılar arasında atışma olub - 20 nəfər ölüb

15.09.2020, 13:36

“Taliban” silahlılarının Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin Curum rayonundakı hərbi hissəyə hücumu nəticəsində 3 hərbçi ölüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın 217-ci Pamir korpusunun 2-ci briqadasının komandanlığının sözçüsü Əbdül Mennaf Nazari bildirib.

Onun sözlərinə görə, hücumdan sonra baş verən atışma nəticəsində 17 silahlı zərərsizləşdirilib.

“Taliban” hələlik məsələ ilə bağlı açıqlama yaymayıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol