Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 57 mln 917 min ABŞ dolları dəyərində11 702 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, məbləğ baxımından 2019-cu ilin eyni ayının göstəriciləri ilə müqayisədə 15 mln 724 min ABŞ dolları (37,3%), həcm baxımından isə illik müqayisədə 3 277 ton (38,9%) çoxdur.
Bu ilin yanvar-avqust aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,87%-ni təşkil edib.


Şərhlər
Gömrük də rüsumu artıra-artıra əhalinin almaq imkanını heçə endirib.Artan rüsumlar birbaşa alıcının cibinə yönəlib.Hər şeyin bir əndazəsi olar.Rüsumu artıranlar bu ölkədə yaşamırlar?