Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yatan 16 yaşlı yeniyetmə ilə bağlı açıqlama yayıb.

Agentlikdən verilən məlumata görə, agentliyinin nümayəndələri yeniyetmə ilə görüşərək sığınacağa yerləşdirilməsini təklif ediblər.

"Lakin Cavidin (şərti addır) bundan imtina etməsindən sonra həyati önəm daşıyan tibbi problemlərinin, zəruri müalicə və reabilitasiyaya ciddi ehtiyacının olduğunu öyrəndik. Beləliklə, Bakı şəhər Baş Polis İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlarımız Cavidin (şərti addır) anası ilə də görüşərək razılığını almaqla lazımi müalicə müəssisəsinə yerləşdirdilər. Hazırda müalicə olunur. Əminik o, normal həyata sahib olacaq. Cavidin taleyinə biganə qalmayıb onun barədə məlumatı paylaşan duyarlı insanlara və onunla bağlı prosesdə iştirak edən qurumların əməkdaşlarına təşəkkür edirik!",- məlumatda qeyd edilib.

635x100

Şərhlər

t.ədalət 2020-09-15 22:01:33

Onsuz da Rusiya Dağlıq Qarabağ və onun ətrafında balalarımızı qətlə yetirir.Heç olmasa arxalardakıları qorumağı bacaraq.Məlumdur ki,əgər Heydər Əliyev atəşkəsi imzalamasaydı Rusiya yüz minlərlə Azərbaycan əsgərini məhv edəcəkdi.Döyüş bölgələrində üstümüzə atrəş yağdıran Rusiya hərbiçiləridir.Onlar ermənilərlə birlikdə yurdumuza və camaatımıza qənim kəsiliblər.Rusiyanın bizə olasn genetik düşmənçiliyi yüz illərdir davam edir.Biz bu genosiddən canımızı qurtarmaq üçün rusun dilini və "dostluq" ordenlərini özümüzdən kənarlaşdırmalıyıq.Namərddən dost olmaz,deyiblər.

Seyid Ənhu 2020-09-15 21:10:23

Əgər bu uşaq uşaq pulu ilə təmin olunsaydı dilənməzdi.Sizin də balalarınız və nəvələriniz küçələrdə dilənməyincə, hər gəlib-keçən onlara bir təpik vurmayınca insanlığın nə demək olduğunu anlayan deyilsiniz. Qaytarın çocuğu küçəyə, millətinin içinə. Küçə daha etibarlıdır, nəinki sizin kimi zalımların yanı.

Sos.Müd.Naz. 2020-09-15 19:10:43

Bu uşağın taleyinə biganə qalmayın, kömək edin qurtulsun. Milləti ancaq biganəlik yıxacaq.

Son yazılar