Türkiyədə daha 67 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə son sutka ərzində daha 67 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, 1742 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7186, virusa yoluxanların sayı isə 294 620 nəfərə çatıb.

Türkiyədə, 1202-si son sutkada olmaqla, indiyədək 261 260 pasiyent sağalaraq evə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar