Menu

"Fənərbağça" konqolu müdafiəçi aldı

15.09.2020, 23:46
"Fənərbağça" konqolu müdafiəçi aldı

“Fənərbağça” növbəti transferini rəsmiləşdirib. 

Qol.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Superliqa təmsilçisi “Volfsburq”un konqolu müdafiəçisi Marsel Tisserandı heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, karyerası ərzində “Monako”, “Lans”, “Tuluza” və “İnqolştadt”da çıxış edən Tisserand 2017-ci ildən “Volfsburq”da oynayırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol