Koronavirusun yaratdığı əsas psixoloji pozuntular açıqlandı

“COVID-19 pandemiyası insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb”. “Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov bildirib.

Onun sözlərinə görə, özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişib, həm də onların psixoloji qeyri-sabitliyini üzə çıxarıb.

Professor Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun 28 avqust 2020-ci il keçirilmiş brifinq zamanı qeyd etdiyi məqamı xatırladaraq COVID-19 virusunun yaratdığı narahatlıq və qorxunun milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir etdiyini, pandemiya səbəbindən qarşılıqlı sosial əlaqələrin çatışmazlığının insan psixikasına dərin mənfi təsir göstərdiyini xüsusi vurğulayıb: “Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hazırda koronaviruslu xəstələrdə də tez-tez müşahidə edilməkdədir.

Hazırda mərkəzə psixoloji yardım üçün müraciət edən insanların sayı artmaqdadır və müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunur. Məsələn, kəskin stress reaksiyası və depressiya sindromlarından əziyyət çəkən xəstələr öz həyatlarını itirməkdən qorxur, özlərini "stres halında" saxlayır".

Bundan başqa, professor deyib ki, yoluxma qorxusu artdığına görə müraciət edənlərin arasında obsessiv – kompulsiv pozuntuların artması müşahidə olunur.

F.İsmayılov panik ataklar və generalizə olunmuş təşviş pozuntuları, sosiallaşmanın az olması, ailədaxili münaqişələri, gələcəyin qarşısında qorxuları olan xəstələrdən danışıb: “Posttravmatik stress pozuntularını yaşayan xəstələrın sayı da az deyil. Bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19 yoluxmuş insanlar və yaxınlarıdır. 65 və yuxarı yaş qrupuna gəldikdə isə onlarda da depressiya və tənhalıq hissi müşahidə olunub, çünki ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edib və yaxınları ilə görüşə bilməyib”.

F.İsmayılov psixoloji sarsıntı keçirmiş ən böyük qrupun isə həkimlər və tibb personalından ibarət olduğunu və səhiyyə işçilərinin streslərə daha az davamlı olduqlarını vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar