PKK TERRORÇULARI DA QARABAĞA GÖNDƏRİLİB - Fransanın vasitəçiliyi altında...

Livanlı ermənilərin ardınca PKK terror təşkilatının üzvləri də Qarabağa yerləşib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Türkiyənin “Cümhuriyyet” qəzeti yayıb.

Qəzet yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi.

“Paşinyann demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Dağlıq Qarabağa hərbi fəaliyyətləri də gücləndirib. Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”,-qəzet belə yazır.

Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərləri Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bu günlərdə bildirib ki, livanlı ermənilərin Qarabağa köçürülməsi “işin görünən tərəfidir”.

“Keçmiş səfir son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Dağlıq Qarabağa yerləşdirildiyini demişdi”,-məlumatda bildirilir.

Qeyd edək ki, PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar daha əvvəllər də yayılmışdı.

635x100

Şərhlər

Ramil 2020-09-16 22:47:46

Ermeniler day neylesinler 30 ildi gozleyilerki birden biz qarabagi qaytararig gorulerki bizden xeber eter yoxdur oz qohum egrabalarni qarabaga yerlesdiriler

Xalq 2020-09-16 16:31:59

kürdlər Qarabağa yiyələnirlər, biz daha nəyi gözləməliyik? Fransa gör bu boyda məsafədən ara qarışdırır. Bu makaronun burnunu ovmağın vaxtı çatmışdır. Daha buna dözmək mümkün deyil. Qənirə Paşayevanın əmisi məsələsi araşdırılsın. Əgər xəbər doğru çıxsa tədbir görülsün. nsa gör nə qədər məsafədən ara qarışdırır. Bu makaronun da burnunu ovmalı

vidadi goyce 2020-09-16 14:07:44

allah fransa hokumetine lenet etsin axmed mishel leqebli azerbaycanlicebrail ehmedov fransanin azadligi ugrunda vurushdu fransiz hokumeti ise teshshekurunu bele bildirdi

Bəkili 2020-09-16 13:10:53

Aləmin tanıdığı Qarabağımızı MN və SQ müdafiə edir! Kənar hər bir quşun belə ora uçmasının qarşısını onlar müəyyən və xəbərdarlıq edib, qətiyyətlə məhv etməlidirlər1?

t.ədalət 2020-09-16 12:29:18

PKK kürdlərindən qorxmağa dəyməz.Onlar türk əsgərinin ayaq səslərindən belə qorxub xəlvətə dürtülürlər.O PKK-çıların Azərbaycandakı hümayəndələri qorxuludur.Vaxtı ilə İraqda Primakovla birlikdə Türkiyənin əleyhinə işləyən Qəzənfər Paşayevin--Qəınirə Paşayevanın əmisinin fəaliyyəti araşdırılmalıdır."Türkəm" demək,türk olmaq demək deyildir.İnsanın əməlləri onun ən yaxşı tərcümanıdır.

Son yazılar