Menu

Tofiq Yaqublunun işi məhkəməyə göndərildi - Vəkildən açıqlama

17.09.2020, 16:40
Tofiq Yaqublunun işi məhkəməyə göndərildi - Vəkildən açıqlama

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun barəsindəki cinayət işi Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Xatırladaq ki, Tofiq Yaqublu sentyabrın 2-də Nizamı Rayon Məhkəməsinin hökmü ilə 4.3 il müddətinə azadlıqdan məhrum edilib. Yaqublu məhkəmənin qərarını ədalətsiz hesab edir və ona etiraz olaraq 16 gündür aclıq aksiyası keçirir. Yaxınlarının verdiyi məlumata görə, "SİTY Hospital"-a yerləşdirilən Yaqublunun səhhəti kritik olaraq qalır. Onun komaya düşməsi və ya qəflətən həyatınını itirməsi təhlükəsi var. 

  AzPolitika.info"

Şərhlər

Seyid Ənhu. 2020-09-17 23:14:40

ADINIZI BƏŞƏRİYYƏTİN QARA SİYAHISINA SALDINIZ. İNDİ İSƏ TOFİQ YAQUBLUDAN ÜZR İSTƏYİN VƏ ONU AZADLIĞA BURAXIN.

məhkəməyə 2020-09-17 17:32:13

Tofiq Yaqubluya bəraət verib onu azad edin! Onun günahı yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol