Məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan Musavat Partiyasının fəalı Tofiq Yaqublu müalicə aldığı “City Hospital”dan evə buraxılıb. Həkimi Adil Qeybulla Musavat.com-a bildirib ki, Tofiq Yaqublu aclıq aksiyasını bu gün, məhkəmənin qərarından sonra dayandırıb. O, bildirib ki, T.Yaqublu qida qəbul eləməyə başlayıb.
Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.
Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.
***
Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barədə həbs qətimkan tədbirini dəyişdirib.
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.
Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.
Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirirdi.
17 gündür aclıq aksiyasını davam etdirən Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb. Hazırda da o, həmin xəstəxanada müalicəsini davam etdirir.
"Report" xəbər verir ki, məhkəmənin qərarı ilə T.Yaqublu ev dustaqlığına buraxılıb.
***
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkiin baxış iclası keçirilir. “Report” xəbər verir ki, iclasa hakim Elmar Rəhimov sədrlik edir.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.
***

"AzPolitika.info" xəbər verir ki, bunu Tofiq Yaqublunun vəkili Aqil Layıc bildirib.
Xatırladaq ki, dünən apellyasiya şikayətinin baxılma tarixi kimi 28 sentyabr göstərilmişdi.
Aqil Layıc bu gün səhər bildirmişdi ki, Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verib. Məhkəmənin tarixi dəyişdirildiyinə görə o vəsatətindən imtina edib.
Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib: "İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq".
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb. Onun barəsində verilən hökmdən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində 28 sentyabr saat 15:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Şərhlər
Hamıya bəlli idi T.Yaqublu şərlənib və həbs olunub. Azpoloitika saytına da təşəkkürlər ki, Qarabağ qazisini dar ayaqda daima onunla bağlı məqalə və müsahibələri saytda dərc olunmasına şərait yaratmışdı....
AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY
Allah (T.T) Sizi qorusun, Tofiq müəllim!
Azadlıq Tofiq bəyin minimal haqqıdır. Ona həbs şousunu təşkil edən məmurların özlərinin həbsini görmək nesibimiz olsun. İNŞƏALLAH.