Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC GPON (Giqabit imkanlı passiv optik şəbəkə) texnalogiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılmasI, LTE (Simsiz Telefon Rabitəsi) texnologiyalarının tətbiqi ilə baza stansiyalarının quraşdırıması və şəbəkəsinin genişləndirilməsi üçün elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azinvest İnşaat” QSC-dir.
Qalib şirkətə 11 747,4 min manat ödəniləcək.


Şərhlər