Menu

Ramiz Zeynalovun qardaşı hakim qarşısında

19.09.2020, 11:51
Ramiz Zeynalovun qardaşı hakim qarşısında

Generalın baş həkim olan qardaşı cavabdeh qismində məhkəmə qarşısına çıxarılacaq. Unikal.org xəbər verir ki, Məmmədov Sərxan İsa oğlu maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı "3 nömrəli şəhər linik xəstəxanası" publik hüquqi şəxsin baş həkimi Fikrət Zeynalovu və həkim Apayev Elşən Çingiz oğlundan Sabunçu Rayon Məhkəməsinə şikayət edib. Bu gün hakim Anar Rzayevin sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçirilib və növbəti proses oktyabr ayının 10-na təyin olunub.

Qeyd edək ki, baş həkim Fikrət Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.

Şərhlər

X 2020-09-19 15:26:44

Hansi olkede( ehalisi erazisi eyni olan)bu qeder general var Hansi dasi qaldirirsan altindan yatan general cixir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol