Menu

BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib

19.09.2020, 14:07
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib

BMT-nin İnsan Haqları Şurası Belarusda iddia edilən insan haqları pozuntularının monitorinqi məqsədilə Avropa İttifaqının təqdim etdiyi qətnaməni qəbul edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisindən bəri keçirilən kütləvi aksiyalarda Aleksandr Lukaşenkonun istefası tələb edilir.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Cenevrədə mənzillənən BMT İnsan Haqları Şurası sentyabrın 18-də sözü gedən qətnaməni Lukaşenkanı getdikcə daha çox müdafiə edən Rusiyanın müqavimətinə baxmayaraq qəbul edib.

Şura BMT-nin insan haqları üzrə ali komissarı Miçelle Baçeletə Belarusdakı vəziyyətin daha yaxından müşahidə edilməsi üçün mandat verib. Belarus Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin bu addımı qorxulu presedent yaradır.

Nazirlik BMT-ni Belarusun daxili işlərinə qarışmaqda ittiham edib.

Avropa İttifaqının Belarusa dair qətnaməsini 47 üzvü olan BMT İnsan Haqları Şurasının 23 üzvü dəstəkləyib. 2 üzv ölkə qətnamənin əleyhinə səs verib. Daha 22 ölkə səsvermədə bitərəf qalıb. Bu iclasda müşahidəçi kimi iştirak edən Rusiyanın səs hüququ olmasa da, o sənədə 17 düzəliş təklif edib.Təkliflərin hamısı rədd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol