Gürcüstan Milli Bankının builki valyuta satışı 400 milyon dolları ötüb

Bu ilin əvvəlindən Gürcüstanın Milli Bankı (GMB) valyuta bazarına 409,65 milyon ABŞ dolları məbləğində xarici valyuta çıxarıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Sabah GMB 2020-ci il ərzində 14-cü dəfə valyuta hərracı keçirəcək və sentyabrın 16-da baş tutmuş əvvəlki hərracda olduğu kimi yenə də 40 milyon ABŞ dolları məbləğində xarici valyuta satacaq.

Xatırladaq ki, son hərracda Amerika valyutasının orta ölçülmüş məzənnəsi 3,1546 lari təşkil edib. Ümumiyyətlə isə son günlər Gürcüstanın milli valyutası olan larinin ABŞ dollarına münasibətdə ucuzlaşması müşahidə edilir. Bugünkü məzənnə 3,2295 lariyə bərabərdir. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar