Rusiyada son sutka ərzində daha 6 215 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 1 115 810-a çatıb.
Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 980 nəfər.
Son bir gündə virusdan həm də 160 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 19 min 649 nəfər olub.
İndiyədək 917 min 949 xəstə sağalıb.
Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dünyada dördüncü yerdədir


Şərhlər