Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu gün Moskvada Rusiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 23-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək".

Bildirilir ki, bu, Sahibə Qafarovanın Rusiya parlamentinin aşağı palatasına ilk səfəridir.

Qeyd edilir ki, görüş zamanı ikitərəfli parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət və milli qanunvericiliyin yaxınlaşdırılması məsələlərinin müzakirəsi planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar