"Ümid edirik ki, Rusiya qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək" - MM Sədri

“Düşünürəm ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur".

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxışı zamanı deyib.

"Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək"- deyə, Sahibə Qafarova əlavə edib.

635x100

Şərhlər

t.ədalət 2020-09-23 13:12:55

Bu qarşıdurmanı Rusiya yaratmayıbmı?erməni terrorçularının təşkilatçısı və maliyyələşdiricisi Rusiya deyilmi?Məncə belə çıxışlarla xalqı aldatmaq yetər!Çünki cəbhədə erməni-rus hərbiçilərinin qətlə yetirdiyi balalarımızın ruhu bizi bağışlamaz.Bəsdirin,rusist mövqeyinizlə xalqı güdaza verdiniz!

Son yazılar