Gürcüstanda daha 227 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb

Gürcüstanda son sutkada daha 227 nəfərə koronavirus diaqnozu qoyulub, 69 pasiyent sağalıb, 1 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 4 140 nəfərə, sağalanların sayı isə 1 643 -ə çatıb. Xəstəlikdən 24 nəfər dünyasını dəyişib.

Hazırda karantində 5 255, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Simptomsuz 640 xəstə isə xüsusi otellərdə müalicə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar