Menu

"Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır" - MM Sədri

23.09.2020, 13:45
"Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır" - MM Sədri

"Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin (MM) Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, münaqişə dövlətlərin ərazi bütövlüyü və tanınmış sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır:

"Hesab edirik ki, Dağlıq Qarabağın statusunu müəyyən etmək məqsədi ilə oradan qovulmuş Azərbaycan əhalisini öz daimi yaşayış yerlərinə geri qaytarmaq və onların erməni əhalisi ilə bərabər şəkildə məişətini və təhlükəsizliyini təmin etmək lazımdır. Ancaq bundan sonra hər hansı bir statusun verilməsindən danışmaq olar. Azərbaycan tərəfi ölkənin bu bölgəsinin hər iki icmasının faydalanacağı bütün zəruri tədbirləri həyata keçirməyə hazırdır".

Şərhlər

S. Qafarova - ya sual 2020-09-23 17:23:44

NIYE, indiki zamana qeder, bu 30 il muddetinde, Azerbaycan Respublikasinin Milli Meclisi , QANUN QEBUL ETMIR Daqliq Qarabaqin ve etrafindaki 7 rayonlarin Ermenistan terefinden ISHQAL OLUNDUQU BAREDE ??????? Kreml intensiv, aktiv rejimde, muntezem, muasir silahlar ile temin edir ishqalchi Ermenistani, amma , Azerbaycan hakimiyyetine teqdim edir Rusiyani, Minsk Qrupunun hemsedrler formatinin uzvu kimi....., bu heyasizliq deyilmi ........?????? NIYE, Azerbaycan hokumeti , ishqalchi Ermenistani, BMT Mehkemesinde MESULIYYETE CELB OLUNMASINI TELEB ETMIR ???????

Roma 2020-09-23 16:10:05

Münaqişəni yaradan, torpaqlarımızı zəbt edən, millətimizi yurd yuvasından didərgin salan bu daşnakları və onların bilavasitə arxalasndıqları rusiya dövlətinə nə qədər desək ki, biz münaqişənin həllinin sülh tərəfdarıyıq, bunun heç bir xeyri yoxdur...ancaq sərt danışıq xətti götürülməli və rusiyaya da deyilməlidir, çəkil kənara....

t.ədalət 2020-09-23 13:50:07

Münaqişənin sülh yolu ilə nizamlanması o deməkdir ki,ərazilər yenbə də ermənilərin işğalında qalacaq."Münaqişənin sülh yolu ilə həlli"erməni Lavrov və Putin yoludur,zamanı uzatmaqla torpaqlar üzərində erməni hökmranlığını "de-yure" etməkdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol