Baltik dənizinin Danimarka sularında Baltik donanmasının «Kazanets» qayıq əleyhinə gəmisi Marşall adalarında İsveç bayrağı altında üzən İCE Rose refrijeratoru ilə toqquşma nəticəsində deşilib.
İlk dəfə sosial şəbəkədə yayılan informasiya artıq Rusiya və Danimarka Müdafiə Nazirlikləri tərəfindən təsdiqlənib.
«Danimarka silahlı qüvvələri artıq İsveçin patrul gəmiləri ilə birlikdə ərazidə işləyirlər. İCE Rose ticarət gəmisi dənizlərdə üzmək halında olduğu təsdiqlənənə qədər saxlanıb» - Danimarka tərəfin xəbərində belə deyilir.
Hər iki gəmi lövbərə alınıb. Toqquşma qatı duman şəraitində baş verib. İlkin məlumata görə, heç bir ekoloji çirklənmə təzahürü yoxdur. Zərərçəkənlər barədə də məlumat verilmir.
AzPolitika.info


Şərhlər