Menu

ÜST Azərbaycanın COVAX mexanizminə qoşulmasını alqışlayıb

25.09.2020, 12:10
ÜST Azərbaycanın COVAX mexanizminə qoşulmasını alqışlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi rəsmi Bakının COVAX mexanizminə qoşulma təşəbbüsünü alqışlayıb.

Bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyindən bildirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) arasında bağlanan sazişə əsasən ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş COVID-19 əleyhinə peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biri olacaq.

Qeyd edək ki, COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir.

COVAX-ın məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə və/və ya ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz və effektiv peyvəndin paylanmasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol