RUSİYA VƏ RUS DİLİ “MƏDƏNİYYƏT ÖLÇÜSÜ” DEYİL! - “İmperiya sədaqətindən” irəli gələn gerilik nişanəsidir!

“Dilimizin sərhədlərini daraltmaq – milli düşüncəmizin miqyasını daraltmaq, başımızı “rusca” işlətmək, nəticədə, müstəqillik siyasətimizin dayaqlarını laxlatmaqdır”

“Rusiyanın diktəsi altında yaşamaq – real müstəqilliyə vida etmək və nəhayət, haçansa yox olmaq deməkdir”

“Türkiyə müttəfiqliyi ilə Rusiyanın həm özünə, həm də ətrafına yalnız zərər verən kor siyasətinə qarşı isə dirəniş göstərmək – yeganə çıxış yoludur”

 Rahid Ulusel

Azərbaycan Milli Elmlər Akademiyası,

fəlsəfə elmləri doktoru, professor

İmperiya qalıqları

Dünyanın imperiya tarixi XX əsrlə bitir. Qalanlar onun ridumentləridir, sona çatmışların aqoniyasıdır və başlanan yeni qlobal tarixdə hər bir seçkin millətin Dövlət olmaq mənası var.

İnsan suvereniteti Dövlət suvereniteti ilə belə tamamlanır. Qalan bütün hallarda İnsan yarımçıqdır, siyasi mövcudluğunun zirzəmisində, iradəsizliyinin ya onu kölələşdirəcək, ya da haçansa radikallaşdıracaq aşırısındadır. Qapalı cəmiyyətlərdə əhalinin xüsusilə enerjili gənc kəsiminin radikallaşması buna açıq sübutdur. İmperiyada da, avtokratiyada da İnsan – Vətəndaş deyil, yalnız Təbəədir. İnsan potensialı yalnız “demokratiya təkərləri” üzərində hərəkətə gəlir.

Rusiya bizdən ərazisinə, təbii sərvətlərinə görə üstün ola bilər, intellektual çəkisinə görə yox. İnkişafın “sıxlığı və dərinliyi” meyarlarına görə, İsrail, Hollandiya, İsveçrə, Avstriya, Cənubi Koreya Rusiyadan qat-qat güclü dövlətlərdir.

Kökümüzün dərinliyi, varlığımızın bütün layları oyanıb dilə gəlir ki, bizim də belə potensialımız var. Rusiya və rus dili bu gün bizim üçün heç bir “mədəniyyət ölçüsü” deyil, daha çox “imperiya sədaqətindən” irəli gələn gerilik nişanəsidir.

Bizim ulu Göytürklər bütün Avrasiyanın ən böyük dövlətini yaradanda (552-745), Çindən Bizansa qədər beynəlxalq münasibətlər sistemini quranda, doğma türkcədə mərmərdən dil abidələri (“Orhon Yazılı Abidələri) ucaldanda, ruslar ovçuluq və əkinçiliklə məşğul olan slavyan tayfaları içərisində heç seçilmirdilər.

XI əsrdə isə yalnız məhdud etnik səviyyədə olan rus dili ilə müqayisədə türk dilinin elmi qrammatikası yazılırdı (Mahmud Kaşğarlı, “Divanü Lüğat-it-Türk”). Nəsimi Puşkinin XIX əsrdə gördüyü işi XIV əsrin sonu – XV əsrin əvvəllərində görmüşdü.

Pyotr zamanından sonra “Avropanın atdığı köhnə şlyapaları başına qoyan” Rusiyada (Lenin) rus ədəbi dili, əsasən, fransız dilinin qrammatikası üzərində qurulmuş, fransız sintaksisini mənimsəmişdi. Azərbaycan türkcəsi isə ərəb və fars dillərindən çoxlu sözlər alsa da (bütün dillərdə bu təbii mübadilə var), onun qrammatikası və sintaksisi məhz ulu türkcənin təməli üzərində təşəkkül tapmışdır. Biz fəxr edə bilərik ki, yüzilliklər ərzində Şərqin üç universal dilindən biri (ərəb, fars, türk) bizim indi də danışdığımız doğma dilimiz olmuşdur!

“Rusca” işləyən başın məzənnəsi

Azərbaycandan dünyaya qapını rus dili açmır. Belə düşünmək – siyasi cəhalətdir. Dilimizin sərhədlərini daraltmaq – milli düşüncəmizin miqyasını daraltmaq, başımızı “rusca” işlətmək, nəticədə, müstəqillik siyasətimizin dayaqlarını laxlatmaqdır.

Dillərarası münasibətlərin praktikası milli dillərin daha da güclənməsi fonunda ingilis dilinin beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi reallığını ortaya gətirib. Təbii ki, bu reallıqda heç bir yetkin xalqın öz dilindən əl çəkmək fikri yoxdur. Bəşəriyyətin yüz illərdir ki, bir neçə dildə danışmaq təcrübəsi var.

Ancaq bu faktdır ki, Azərbaycanda rus dilinin dilimizi sıxışdırması – onu “aşağı təbəqənin” məişətinə itələməsi və onun ən bəsit qatının media (başlıca olaraq televiziyalar) vasitəsilə populyarlaşdırılması üstdən və altdan yeridilən çirkin ideologiyanın görüntüləridir. Avtokratiya öz zorakılığını həm də bu şəkildə həyata keçirir.

Güclənməkdə olan dünya demokratiyasının fokusunda imperiyaçılıq və avtokratiya ortaqlığının bütün naqislikləri açıq-aydın görünür.

Yabançılaşma təhlükələrinə sipər

Sovet İttifaqı parçalanandan sonra onun qırıntıları post-sovet məkanında qalmışdı. Rusiya isə Sovet İttifaqının varisi kimi xüsusilə 2000-ci illərin əvvəllərindən bəri həmin qırıntıları qəlpələrə çevirməyi bacardı.

Qafqazda yalnız Gürcüstan Rusiyanın siyasi-ideoloji caynağından dönməzcəsinə qurtulmağa çalışdı. Abxaziya və Cənubi Osetiyanın Gürcüstan ərazisindən qoparılmasına görə (müqasiyə et: Qarabağla) bu suveren respublika Rusiyanı qətiyyətlə “işğalçı” (“Russia is an Occupier”) adlandırdı və bu siyasəti özünün doktrinasına çevirdi.

Gürcüstan səhv etdimi?! Bizim rusbaşlılar Gürcüstanın böyük tarixi yanlışlığa yol verdiyini güman edir. Qətiyyən yox! Rusiya onun siyasi yedəyindən çıxmağa cəhd göstərən ətrafındakı bütün kövrək dövlətləri cəzalandırır: hətta ərazilərinin bir hissəsini qanunsuz olaraq anneksiya etməklə (Ukraynadan Krım, Donetsk və Luqanskı)!

Rusiyanın diktəsi altında yaşamaqsa – real müstəqilliyə vida etmək, yalnız nominal suverenliyə qısılmaq, daim zəif qalmaq, onun dinozavr pəncələri altında əzilmək və nəhayət, haçansa yox olmaq deməkdir.

Deməli, dünyanın inkişaf etmiş demokratik dövlətlərinin dəstəyi və Türkiyə müttəfiqliyi ilə Rusiyanın həm özünə, həm də ətrafına yalnız zərər verən kor siyasətinə qarşı isə dirəniş göstərmək – yeganə çıxış yoludur.

Bu qlobal savaşın daha geniş meydanı indi Şərqi Avropa – Ukrayna, Belarus, Moldova və Qafqazdır. Qafqazda Gürcüstan təkdir. “Qafqaz Xaini” Ermənistanın təcridində, müasir siyasi tarix Azərbaycan və Gürcüstanın demokratikləşmə və Rusiyaya qarşı dirəniş göstərmə istiqamətində birgə addımlamasını qaçılmaz edir.

Bütün Qafqaz aydın şəkildə dərk edir ki, son iki yüz ildə bu regiondakı böyük siyasi fəlakətlərin, hərbi toqquşmaların, məkrli deportasiyaların əsas səbəbkarı – Rusiyadır.

Rusiyanın Cənubi Qafqazı özündən asılı vəziyyətdə saxlamaq siyasətinə sipər – bölgənin yubanmadan demokratikləşərək qüvvətlənməsi, dövlətin millətdən güc alaraq monolitləşməsi, yəni millətin dövlətləşməsidir. 

Dövlətləşmiş millətə nəinki rusçuluq siyasətini “dil üzərindən” yeritmək qeyri-mümkündür, o, bütün cinahlarda yabançılaşma təhlükələrinə müqavimət əzmindədir.

Əleyhimizə uzlaşan strategiyalar

Öz milli enerjisini başqa dövlətlər üzərində üstünlüyə – yəni tarixi perspektivi olmayan hədər çabalara xərcləyən Rusiya artıq dünya demokratiyası ilə vuruşmaq gücündə deyildir. Bəşəriyyət tarixində demokratiyanın ən güclü dalğası XX əsrdə baş verdi ki, bunun da nəticəsində bütün Qərb imperiyaları və onların qurduğu müstəmləkələr dağıldı.

XXI əsrə imperiya mirasından yalnız üçü qalıb: Rusiya, Çin, İran. Üçündən ikisi bizim şimal və cənub qonşumuzdur: nə qədər ziddiyyətdə olsalar da, Qafqaz geopolitikasında məhz bizim əleyhimizə strategiyalarını uzlaşdıran Rusiya və İran.

Qafqaz dövlətlərinin müstəqillik siyasəti yalnız demokratiya qalasında möhkəmlənməklə bu azğın və fatal güclərə qarşı dayana bilər. Dünyanın can verməkdə olan bu sonuncu imperiyaları zahirən çox əzəmətli görünsələr də, demokratiyanın yaratdığı siyasi zəlzələlərdən sarsılıb yıxılacaqlar.

Sovet İttifaqının aqibəti – görkdür. O, ikiqütblü Soyuq Müharibə dramında Amerika Birləşmiş Ştatlarına yox, demokratiyaya məğlub oldu. ABŞ bu savaşın qlobal qalibi ola bilmədiyi üçün də onun beynəlxalq nüfuzu son otuz ildə yetərincə düşüb. Demokratiya onu dolayanları dalana dirəndirir.

Bəşər Əsəd və rus qarısı

Rusiya ya demokratik dünya düzəninin yaratdığı universal güc qarşısında diz çökəcək, ya da demokratikləşib gerçəkdən qüdrətli dövlətə çevriləcək. Bax, onda heç kim Rusiyadan qorxub qaçmayacaq, əksinə, beynəlxalq hüququn paritet qanunları əsasında hamı onunla – mütərəqqi Avropa dövlətlərinə münasibətdə olduğu kimi – əməkdaşlığa, müttəfiqliyə can atacaq.

Təəssüf ki, bütün dünyanın simasını dəyişəcək, beynəlxalq siyasətə yeni impulslar verəcək, dövrümüzün görkəmli siyasətçiləri Zbiqnev Bzejinski və Henri Kissincerin strateji proqnozlarında (Z. Brzezinski. Strategic Vision. Basic Books, 2012; H.Kissinger. World Order. Penguin Books Limited, 2014) çağımızın ən pozitiv tendensiyası kimi təxmin etdikləri transformativ situasiya Rusiyada yetişə bilmir.

Rusiya onu xilas edəcək övladına – demokratiyaya ağrı çəkir. Ancaq onu doğa bilmir! Hətta hamilə ikən balasını zəhərləyir (Navalnı)!

Qlobal geopolitika baxımından, dünyanın ərazicə ən böyük dövləti olmasına baxmayaraq, Rusiya özündən də qüdrətli qütblər arasındadır: o, Şimali və Şərqi Asiya boyunca Amerika Birləşmiş Ştatları, Yaponiya və Çinin, Şərqi Avropada isə Avropa İttifaqının “məngənəsindədir”.

Bu geopolitik çevrədə Rusiyanın sıza bildiyi məkan – Sovet İttifaqından qopmuş, ancaq bəzilərində hələ də avtoritar rejimlərin yaşadığı respublikalardır. Rusiya onların “böyük himayədarıdır”. Ancaq Rusiyanın bir dövlət olaraq hazırda dünya üçün də, qonşuları üçün də heç bir cazibədarlığı yoxdur...

Rusiya siyasəti imperiya başlanğıcından daxiləyönlü deyil, xaricəyönlüdür: o, özünü qidalandırmaq və özündən qidalanmaqdan daha çox, özgədən qidalanmaq və özgəni qidalandırmaq “praktikası” üzərində qurulub. Rusiya siyasətçilərini Suriyadakı ölümə məhkum Bəşər Əsəd diktaturasını qorumaq düşündürür, Rusiyanın ucqarındakı adamsız qalmış bir kəndin sonuncu qarısı yox.

Dövlət-Silah

Dünyada ABŞ-dan sonra ən çox silah satan ölkə – Rusiyadır. Rusiya var olmağın yalnız bir formasını tanıyır: Silah! Qarabağda üz-üzə dayanan iki silahın ikisi də Rusiyanındır.

Bu gün dünyanın ən militarist dövlətinə çevrilmiş Rusiyanın yer planetində gerçəkdən bir dostu varmı?! Yox! Əksinə, Rusiya Silah olduqca, dünya siyasətinin memarları və yönvericiləri ondan elə Silah kimi də istifadə edirlər. Rusiya Silahı – eyni kəsərdə həm özünə qarşıdır, həm də dünyaya qarşı.

Rusiya militarlaşdıqca, dünya da adekvat olaraq ona düşmənləşir! Rusiya ilə Dünya arasında ən dərin yarğanlar onunla “ən yaxınları” arasında qazılır: XXI əsrin başlanğıcında slavyan dünyasında məhz Rusiya tarixin heç bir dönəmində olmamış çat yaratdı. Çevrəsindəki bütün slavyan dövlətləri Rusiyadan üz döndərməkdədirlər. Artıq bu proses Belarusla başa çatır.

Səni tapdalayan “Qardaş” sənin nəyinə lazım?! Əlbəttə, slavyan birliyi daha möhkəm təməllər üzərində yenidən yaranacaq: ancaq Rusiyasız! Planetin Dilini bilməyən bir dövlətin gələcəyi yoxdur!

Oğuznamə: “İnkar mübarəkdir!”

Vaxtilə Rusiya imperiyası “Avropa jandarmı” kimi hansı “tarixi rolu” oynayırdısa, indi də həmin rolu bütün Avrasiyada, hətta onun hüdudlarından kənarda canfəşanlıqla oynayır. Rusiyanın indiyədək ona heç bir qalıcı dividend qazandırmamış ənənəvi paternalist siyasətini araşdıran elə rus analitiklərin fikrincə, bu perspektivsiz geostrategiya – Rusiyanı bütünlüklə müasir dünyanın inkişaf məntiqindən uzaqlaşdırmaqda, onun özünün mövcudluğuna təhlükə yaratmaqdadır.

Çünki yaşadığımız dünya – İmperiyalar Dünyası yox, Qüdrətli Milli Dövlətlər dünyasıdır.

Buna baxmayaraq, Rusiya normal demokratik seçkili prezidenti və parlamenti belə olmayan təkhakimiyyətli avtoritar rejimlərin konsolidasiyasını və müttəfiqliyini qurmaq kimi sərsəm bir ideyanın arxasınca hələ də sürünməkdədir.

Zəncirdə hansı həlqə zəifdirsə, Rusiyanın orada təsiri – siyasətdən mədəniyyətədək – daha böyük, diktəsi daha həlledicidir (məsələn, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Rusiya prezidenti Vladimir Putinin hüzurunda bəyan edir: “Rus dili Qırğızıstan Respublikasının rəsmi dili olub, rəsmi dilidir və olacaq.”). Bizdə dərus dili sinirlərimizə bunca yeriyə bilməsində hökumətdə yüksək vəzifə tutan şəxslərin ciddi rolu olduğu şünhə doğurmur...

Özündən qüvvətlilər və özündən zəiflər arasında manevr edən Rusiya indi dünya hegemonluğu uğrunda mübarizənin yeganə yolunu – özündən zəiflərin postamenti üzərində “ucalmaqda” görür.

Bəşəriyyətin üçüncü minilliyə qədəm qoyduğu tarixi zamanda bu postamentə material olmaq, mahiyyətcə imperializm və müstəmləkəçilik epoxasına qayıtmaq – hər hansı şərəfli millət üçün dözülməzdir! Suverenliyin mədəni-humanitar praktikası bu yedək siyasətini qətiyyətlə inkar edir!

Rusiyaya yarınan məmurlarımızın döşünə Rusiyanın taxdığı ordenlər onların sinəsini qabartmır, başını aşağı endirir!

635x100

Şərhlər

RT 2020-09-27 11:36:49

Inshalla canimiz qurtular bu qiyenalardan ((( Amin !!!

Adil 2020-09-27 09:52:02

Aydın yuxarıda deyir ki, evində rus dilində danışanlar...amma mən deyirəm ki, evində rus dılındə danışan bir ailəsində qeyri türk olanlar danışır və rus dilini bilməyən vığılar

Adil 2020-09-27 08:43:34

Rus dilində bilənləri yox, milliyəti bəlli olmayanları kənarlaşdırın. Görmürsüz hər gün ağzı burnu dəyişmiş manqurt qadınları və ya onların kişilərini.

Ədalət 2020-09-27 07:14:11

Gözəl təhlil,gözəl şərh - dilimizi uca tutsaq millətimiz və dovlətimiz də ucalar.

Kamal 2020-09-27 01:10:51

Çingizə yazılmış cavaba görə çox sağ olun. Çina 1 il bundan qabaq yazardı gərək, amma onda 26-lar kafesinin arendasını kimlər udur suaıı

Kamal 2020-09-27 01:10:50

Çingizə yazılmış cavaba görə çox sağ olun. Çina 1 il bundan qabaq yazardı gərək, amma onda 26-lar kafesinin arendasını kimlər udur suaıı

Aydın 2020-09-26 11:18:59

Gəlin bir özümüzədə sual verək , niyə belə oldu? Dilin bimək günah deyil, öz dilinə dəyə verməmək günahdır. Bizim sovet dövründə rius diıində təhsil alanlara kim ağzını bağladı ki ana dilində danışma.

Nərmin\ 2020-09-26 11:01:07

Sizin fikirllərinizə şərikəm.

Əlpaşa 2020-09-26 10:24:36

Bu qul psixologiyasıdırş Qul ağasını dilini yaxşı bilməlidir. Müstəmləkə xalqları məsələn Hİndistan afrika ölkələri buna daima can atırlar. Qafqazdada bu qul psixologiyası ancaq bizdə qalıb.

RT 2020-09-26 07:15:06

Bezi vezifede olan adamlar ôz dilimizde danisha bilmirler ))))

vidadi goyce 2020-09-26 07:10:09

mukemmel,aferin.

Cavanşir F. 2020-09-26 00:45:02

Şox sağ olun, Rahid müəllim. Hər cümlənizin arxasında uzun-uzadı yorumlana biləcək bir həqiqət dayanır. Yazdıqlarınızın ürəkdən gəldiyi və xalqımıza və dövlətimizə sevgi hisslərinizdən qaynaqlandığı aydın görünür. Bu həqiqətləri davamlı olaraq izah etmək və hansı siyasətin arxasında nəyin durduğunu xalqa sadə dildə anlatmaq bütün ziyalıların mənəvi borcudur və siz bu borcunuzu ləyaqətlə yerinə yetirirsiniz. Sizə möhkəm can sağlığı və uğurlar arzulayıram.

Səlim 2020-09-25 23:37:46

İş deyəsən yavaş yavaş başlayır. Mənəviyyatımızın, beynimizin, dilimizin, düşüncəmizin təmizliyi, paklığı uğrunda. Amma bu elə yavaş yavaşdı. Öncə təhsildən başlamaq lazımdır, sonra və bəlkədə əvvəl televiziyalardan, KİV lərdən. Televiziyalarda, radio kanallarında və Kütləvi informasiya vasitələrində bu rus dili söhbətləri çıxandan sonra demək olar bütün telekanallarda başda dövlət televiziyası olmaqla rus dili aşiqləri və onun tərəfini saxlayan aparıcılar və verlişlər var. Bu KİV-lərədə, radio verlişlərinədə aidir.

Pisi 2020-09-25 23:28:57

Demek ki nece vaxtdi rusiyaya qarsi rus diline qarsi danismaq aciq mubarize aparmaq ucun yegane engel ramiz mehdiyev imis.ramiz mehdiyev bu olkeni 30 il geri salib.yazici cingiz abdullayevi de boykot elemek lazimdi

Zahid 2020-09-25 22:00:04

Bu günümüzün ən vacib tezisləridir

Eli 2020-09-25 21:24:58

Mükemmel .Yazının bir cümlesi Çingiz Abdullayevi bütün yaradıcılığıms deyer.

t.ədalət 2020-09-25 19:37:41

Rus dilində danışıq eşidəndə burnuma kanalizasiya qoxusu gəlir..

Xalq 2020-09-25 19:25:08

Rahid müəllim! Çox düzgün yazıdır, kaş ki, güclü təsir qüvvəsi olaydı.

Seyid Ənhu 2020-09-25 18:46:31

Elmi məqalənin müəllifinə və Azpolitika saytına təşəkkür edirəm.

oleq 2020-09-25 18:14:41

hər yazılan fikrin altından imza atıram

Mehdi 2020-09-25 17:59:03

Rus bizə mədəniyyət yox.Rüşvət,talan,korrupsiya,alkaşlıq və başqa pis əməllər öyrədib.

T.ədalət 2020-09-25 17:54:19

Rus dilimə bağlılıq rusca danışmaq,əsasən ermənilərlə qarışığı olanlardr.Öz milli dilimdən imtina etmək,rus dilini ailə dilimə çevirmək üçün,ancaq genetik qsrışıqlar çaba göstərir.Dil namus məsələsidir.namusunu qoruyan insanlar heç vaxt rus dilinə bağlana bilməz.

Cavan 2020-09-25 17:49:48

SAĞ OL ƏZİZ QARDAŞIM,YAZDIĞIN YAZI ƏSL AZƏRBAYCAN TÜRKLƏRİNİN ÜRƏYİNDƏN XƏBƏR VERİR.ALLAH SƏNİN KİMİ MƏRD ÖVLADLARIMIZI VAR ETSİN.N

OQTAY 2020-09-25 17:41:46

Cox deqiq ve duzgun tehlil etmisiniz,dilinize,elinize saqliq!!!

OQTAY 2020-09-25 17:41:46

Cox deqiq ve duzgun tehlil etmisiniz,dilinize,elinize saqliq!!!

TARIX 2020-09-25 16:35:47

DİLİMİZ MİLLİ VARLIĞIMIZ,KİMLİYİMİZ,BİR SÖZLƏ HƏR ŞEYİMİZDİR.BİZİM BÜTÜN BƏLALARIMIZ RUSİYADAN GƏLİB.

Son yazılar