Evin sahibi ilə yeyib-içib, sonra bıçaqlayan quldurların məhkəməsi başlayır

Ağsuda quldurluq hadisəsi törətməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında vaş verib.

Ağsu şəhər sakinləri, əvvəllər qəsdən adam öldürmə və oğurluğa görə məhkum edilmiş Səfərov Raul Ağalar oğlu və dövlətə xəyanətdə məhkum edilən Nuriyev Eldəniz Bəyalı oğlu şəhər sakini Seymur Məmmədovun evinə qonaq gəlib.

Orada yeyib-içəndən sonra R.Səfərov və E.Nuriyev ev sahibi S.Məmmədovun boğazına bıçaq dirəyərək ondan 500 manat tələb ediblər.

S.Məmmədov evində olan 190 manatı onlara versə də, həmin şəxslər onu bıçaqlayaraq hadisə yerindən qaçıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

635x100

Şərhlər

Eli 2020-09-26 19:34:58

Kişiliye bax kişinin evinde duz çörek kesibler sonra kesdikleri çöreye tüpürüb cinayet töredib çörek vereni öldürmek isteyib.Ay qardaş ay millet bunları kim terbiye edib hatda terbiye edib bunlara kim süd beribAdamın ağlı donur Bele biz hara gedirik

Son yazılar