Menu

Avrasiya İttifaqı: Belarus da təsdiqə başladı

09.10.2014, 14:01
Avrasiya İttifaqı: Belarus da təsdiqə başladı

“Media forum” saytı xəbər verir ki, Belarus parlamentinin aşağı palatası Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləni ratifikasiya edib.

Müqavilənin ratifikasiya olunması haqda qanuna Milli Məclisin Nümayəndələr Palatası oktyabrın 9-da səs verib.

Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus prezidentləri Astana şəhərində imzalayıblar.

Bu sənəd indiyəcən yalnız Rusiyada tam təsdiqlənib.

Qırğızıstan və Ermənistan da bu ittifaqa qoşulmaq niyyətindədir. Oktyabrın 2-də Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqına üzvlük müqaviləsi layihəsini, oktyabrın 8-də isə Qırğızıstan hökuməti Avrasiya İqtisadi İttifaqına daxil olmaq üzrə tədbirlər planını qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol