Menu

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırıb

27.09.2020, 16:28
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırıb

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin bəyanatında deyilir.

Bəyanatda həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanır.

Şərhlər

Agasef Qedirov 2020-09-27 18:15:57

Avrupa get isinle mesgul ol

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol