Menu

Krımın yeni rəhbəri məlum oldu

09.10.2014, 14:20
Krımın yeni rəhbəri məlum oldu

Krım parlamenti Sergey Aksyonovu anneksiya edilmiş yarımadanın rəhbəri seçib.

Oktyabrın 9-da keçirilmiş səsvermədə 75 deputatın hamısı Aksyonovu dəstəkləyib.

41 yaşlı Aksyonov aprelin ortasından Krımın başçısı vəzifəsini icra edir. Martda keçirilmiş referendumda Krım Rusiyaya birləşməyə səs verib. Amma Kiyev, Qərb və BMT-nin Baş Assambleyası bu səsverməni pisləyib.

Aksyonov anneksiya prosesində əsas rol oynayıb.

Ukrayna Rusiyanın tutduğu Krımı öz ərazisi sayır və Rusiya hakimiyyətinin keçirdiyi seçkiləri “qanunsuz” adlandırır.(Azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol