Menu

CHP-li bələdiyyə sədri Soner Çetin: “Azərbaycanın yanındayıq”

28.09.2020, 11:11
CHP-li bələdiyyə sədri Soner Çetin: “Azərbaycanın yanındayıq”

Cümhuriyyət Xalq Partiyasının (CHP) Çukurova bələdiyyə sədri Soner Çetin sosial media hesabında Azərbaycana dəstək nümayiş etdirib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Bələdiyyə sədri öz paylaşımında Ermənistanın Azərbaycana hücumlarına sərt təpki verib. Ermənistanın Azərbaycana yönəlik hücumlarını şiddətlə qınadığını bildirib. Soner Çetin həyatını itirənlərə Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı, yaralılara təcili şəfalar, bölgəyə əmin-amanlıq və sülh arzulayıb. Sonda qardaş Azərbaycan xalqının yanında olduğunu bəyan edib”, - deyə E.Eltürk vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol