Menu

Çin tərəfləri Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb

28.09.2020, 12:32
Çin tərəfləri Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb

Çin hökuməti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməməyə və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

“Çin bölgədə sülh və sabitliyin qorunmasının bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verdiyinə inanır. Ümid edirik ki, əlaqədar tərəflər təmkinli olacaqlar və qarşıdurmanın daha da artmaması üçün tədbirlər görəcəklər”, - o deyib.

“Tərəflərin fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklərinə ümidvarıq", - diplomat söyləyib.

Şərhlər

Türk 2020-09-28 13:42:05

Çin farsın dosatudur,Türkün düşməni. Uyğurları faşistlər kimi qırırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol