“Azərbaycan xalqı illərdir bu günün həsrətində idi. Ordumuz, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə, işğalçının başını əzməyə başlayıb. Ölkədə hərbi vəziyyətin elan olunması da bu məqsədi tezləşdirməyə xidmət edir”.
Bunları Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov “AzPolitika.info”-ya açıqlamasında deyib.
Deputat şübhə etmədiyini bildirib ki, son illərdə dəfələrlə olduğu kimi, Azərbaycan Ordusu bu dəfə də düşmənə layiqli dərsini verəcək. “Lakin inanıram ki, budəfəki dərs misilsiz olacaq, işğalçı ordu tam əziləcək və tarixi Azərbaycan torpaqları işğaldan azad ediləcək. Buna bütün xalqımız ürəkdən inanır”.
“Xalqımızda və Ordumuzda böyük ruh yüksəkliyi var. Bu ruhun, bu əzmin qarşısında düşmən çox tab gətirə bilməyəcək. Qələbə bizimlədir!”, - deputat əminliyini ifadə edib.
“AzPolitika”


Şərhlər
“Bu ruhun, bu əzmin qarşısında düşmən çox tab gətirə bilməyəcək!” – Deputat Sadiq Qurbanov...çox düzgün ifadə etmisiniz...Ruh və Əzm...