Menu

BMT Təhlükəsizik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclası çağırılıb

29.09.2020, 12:54
BMT Təhlükəsizik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclası çağırılıb

Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə əlaqədar bu gün Almaniyanın də təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən deyilib ki, Fransa ilə yanaşı, Almaniya bu görüşün keçirilməsi üçün təşəbbüskar ölkə kimi irəli çıxıb.

"Almaniya Xarici İşlər Nazirliyi və Dövlət katibi regiondakı vəziyyətlə yaxından maraqlandığı üçün bu təşəbbüslə çıxış edib. Bu görüş sırf siyasi məlumatlandırıcı xarakter daşıyır, görüşdə hər hansı qətnamə qəbul olunmayacaq", - deyə səfirlikdən bildirilib.

Şərhlər

Bəşarət Şuşalı 2020-09-29 13:54:44

BMT TŞnın iclasına Ermənistan və Artsax adlanan terror rəhbərliyin dəvət etmək kifayətdir? Sual verilməlidir ki, sizlər BMT qərarının icrasını 27 il sormadan belə Kremlin göstərişi ilə işğala davam edir, hələ bir BMT üzvü də olmaq istəyirsiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol