Menu

"Mülki əhalinin müdafiəsini təmin etməyə çağırıram" - BMT-nin ali komissarı

29.09.2020, 16:12
"Mülki əhalinin müdafiəsini təmin etməyə çağırıram" - BMT-nin ali komissarı

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçele Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyu hərbi əməliyyatların bərpasından narahatlığını bildirib.

M. Baçele döyüşlərdə itikilərin olmasından narahat olduğunu deyib. 

“Mülki şəxslər arasında ölən və yaralıların olması, eləcə də vətəndaşların mülkiyyətinə və infrastruktura dəyən ziyan haqqında xəbərlərdən dərin narahatlıq hissi keçirirəm. Bütün tərəfləri beynəlxalq insan hüquqları və beynəlxalq humanitar qanunlarına hörmətlə yanaşmağa, xüsusilə də mülki əhali və döyüşlərdə iştirak etməyən insanların müdafiəsini təmin etməyə və vacib mülki infrastruktura zərərin qarşısını almağa çağırıram”, - deyə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı vurğulayıb.

Şərhlər

Mişel Baçele - yə 2020-09-29 16:43:44

Mişel Baçele, sen 30 ildir ki, ishqalchi Ermenistan barede susursan, amma, Azerbaycana chaqirish edirsen, meger, sen korsan, karsan .......?????????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol