Menu

ATƏT-in Daimi Şurasının bu gün xüsusi iclası keçiriləcək - Dağlıq Qarabağdakı gərgin vəziyyətlə bağlı

29.09.2020, 16:57
ATƏT-in Daimi Şurasının bu gün xüsusi iclası keçiriləcək - Dağlıq Qarabağdakı gərgin vəziyyətlə bağlı

ATƏT-in Daimi Şurasının Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin vəziyyətlə bağlı bu gün xüsusi iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Dağlıq Qarabağ münaqişəsi kontekstində son vəziyyət müzakirə olunacaq.

İclasda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək və o, Daimi Şuranı son vəziyyətlə bağlı məlumatlandıracaq.

Xüsusi iclas Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol