Fransa Prezidenti Emmanuel Makron Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə Litvada görüşəndən sonra bu ölkədə siyasi böhranla bağlı vasitəçilikdə Avropanın köməyini vəd edib.
“Biz avropalılar olaraq vasitəçiliyə kömək üçün əlimizdən gələni edəcəyik”, – Makron Vilnüsdə Tixanovskaya ilə görüşdən sonra jurnalistlərə deyib. Müxalifət liderinin sözlərinə görə, Fransa prezidenti “ölkəmizdə bu siyasi böhrana danışıqlar vasitəsilə kömək üçün əlindən gələni vəd etdi... siyasi məhbusların hamısının buraxılması üçün mümkün olanı edəcəyini dedi”.
Makronun idarəsindəki mənbələr oteldə görüşün 35 dəqiqə çəkdiyini deyirlər.
"AzPolitika.info"


Şərhlər