“Düşmən qorxu, ruh düşkünlüyü yaratmağa çalışır, amma əbəsdir” - İctimai fəal Tərtərdən yazır

"Bu gün səhər saatlarından ermənilər yenə Tərtər şəhərini intensiv artilleriya atəşinə tutdular. Bir neçə evə mərmi düşdü, biri də bizim evin yaxınlığında partladı. Yaralılar var, hazırda ölənlərin olub-olmadığı dəqiqləşdirilir. Düşmən məqsədli şəkildə yaşayış məntəqələrini, mülki əhalini hədəfə alır ki, əliyalın əhali arasında qorxu, ruh düşkünlüyü və mənəvi sarsıntı yaratsın. Amma bunlar əbəsdir".

"AzPolitika.info" xəbər verir ki, bunları Tərtərdə yaşayan ictimai fəal Vüqar Əliyev bildirib. O, qeyd edib ki, evlərinin yaxınlığına düşən mərminin yaratdığı güclü hava dalğası mənzilin pəncərələrini qırıb: "Həmin vaxt evin sığınacağında idik, bu dəqiqə də evdəyik və çox şükür, sağ-salamatıq. Mobil rabitə və internetdə məhdudlaşmalar olduğu üçün əlaqə yaratmaq çətindir, təhlükəsizlik məqsədlərilə artıq 3 gündür ki, rayonda qaz təminatı dayandırılıb. Elektrik enerjisini isə, yalnız artilleriya atəşi olanda qısamüddətli kəsirlər".

İctimai fəal qeyd edir ki, rayon əhalisində qələbə əzmi yüksək olaraq qalır: "Tərtər ermənilərin yanıqlı yeridir. 30 il öncəki müharibədə də rayonu şiddətli atəşə tutub, əliyalın insanları hədəfə alırdılar. Bu erməni xislətidir".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar