Menu

“Cənab Makron, bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz?” - Çavuşoğludan sərt cavab

30.09.2020, 16:01
“Cənab Makron, bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz?” - Çavuşoğludan sərt cavab

Fransa prezidenti Emmanuel Makron sentyabrın 30-da deyib ki, Türkiyənin müharibə ritorikası Azərbaycanı Dağlıq Qarabağı almağa həvəsləndirir və bu qəbuledilməzdir. Makron hazırda əlində Türkiyənin münaqişədə birbaşa iştirakını sübut edən dəlil olmadığını da əlavə edib.

"Türkiyənin Azərbaycanın xeyrinə siyasi bəyanatlarını ehtiyatsız və təhlükəli hesab edirəm", – Makron Latviyada mətbuat konfransında bildirib. O deyib ki, bu gün (30 sentyabr) axşam məsələni rusiyalı həmkarı Vladimir Putin, sabah isə ABŞ prezidenti Donald Tramp ilə müzakirə edəcək.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Fransa Prezidentinin dediklərinə sərt cavab verib və onu dürüst olmağa çağırıb: "Cənab Makron, bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz. Minsk qrupunun həmsədr ölkələrinə Ermənistan yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir. Bizim qardaş ölkə üçün açıqlamamızın harası təhlükəlidir? Sən də dürüst şəkildə çıx de ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və buradan geri çəkilməlidir. De ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var və mən də bu BMT Təhlükəsizlik Şurasının daimi üzvüyəm. Dürüst davransın, biz də onu təbrik edək".

"AzPolitika.info"

Şərhlər

Xalq 2020-09-30 18:25:59

Mövlud bəy! Sənə qurban olum, yaman dedin o makarondu, ya makryandı ona.Çox sağ ol! Sənə quzu kəsim!

zahid 2020-09-30 17:26:11

Makron sus. Qarabağ AZƏRBAYCANDIR

Amon 2020-09-30 16:43:29

Dostda dusmende bugunlerde tam bilinecek ve bizde qelebeden sonra siyasetimizi ona gore mueyyenlesdireceyik insallah.iran rusiya fransa yunanistan kipr artiq qara siyahimizdadilar.turkiye pakistan evezolunmaz qardaslar bundan sonra butun yatirimlar bu olkelere edilmelidi en qisa zamanda israil sefirliyi acilmalidi bakida iran artiq movqeyini belli etdi

Cəmşid Dərələyəzli 2020-09-30 16:18:20

Ağzınıza sağlıq, cənab Çavuşoğlu. Bu nadürüst Makron həmişə boyundan yekə danışıb və daima da Türk yetgililəri tərəfindən aşağılanıb. №0 ildi həsədir ölkələrdən biri kimi Fransa ildə iki kere gəlib bölgeye erməni şərəbını içib nağıl danışıb gediblər. Kimlərlə isə danışacaqmış . Get danış artıq bu danışıqlar heç nəyi dəyişməyəcək. odur ki, haddinizi bilin artıq. Ne Türküyə, nə də Azerbaycan 30 il qabaqki ölkələr deyil.

Cavan 2020-09-30 16:05:13

Türk qardaşlarımıza eşq olsun.Bizim qardaşlığımız əbədi və sarsılmazdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol