Yunanıstan Ermənistana kömək etməyə hazır olduğunu bəyan edib - Düşmənlərimizi tanıyaq

Rusiya KİV-nin yaydığı məlumata görə, Yunanıstan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsində gərginliyin aradan qaldırılmasına kömək etməyə hazır olduğunu bəyan edib və insan tələfatını pisləyib. Belə bəyanatla Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 28-də Xarici İşlər naziri Nikos Dandiasın ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla telefon danışığından sonra çıxış edib.

«Mnasakanyanla telefon danışığı zamanı Yunanıstan və Ermənistan arasında möhkəm dostluq bağları təsdiqənib. Dendias insan tələfatını pisləyb və Yunanıstanın Dağlıq Qarabağda gərginliyin aradan qaldırılması məsələsinə kömək göstərməyə hazır olduğunu bildirib» - xəbərdə belə deyilir.

Bundan əvvəl Yunanıstan XİN-nin yaydığı bəyanatda deyilirdi ki, bu ölkə Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasını həyəcanla izləyir və «bütün tərəfləri təmkin nümayiş etdirməyə, hərbi əməliyyatları təcili dayandırmağa və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar masasına qayıtmağa çağıır…»

Ötən 30 ilə yaxın dövrdə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağı və onu ətrafındakı 7 rayonumuzu işğal edəndə, ardınca zaman-zaman Azərbaycana qarşı müxtəlif hərbi təxribatlar törədəndə, dinc əhalimizi atəşə tutanda… balıq kimi susan Yunanıstanın məhz indi, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək istiqamətində müzəffər yürüşə başladığı məqamda bunca fəallıq nümayiş etdirməsi yalnız bircə niyyətdən xəbər verir - DÜŞMƏNÇİLİK!

Bir türk atalar məsəlində deyilir: «İt hürər, karvan keçər». Qoy, hürsünlər, bizlər isə gərək düşmənlərimizi tanıyaq…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Azerbaycan vetendawl 2020-10-01 10:10:59

Allah bize qarwl clxanlarln belaslnl versin tezlikle oz bawlarl ozlerine qarlwsln ilahi amin

nikos dandiasa 2020-10-01 09:29:42

siz dünyaya yalvarırdınız ki, borc verin, həm də borcların restruktivizasiyasını edin. Bu qədər borcunuz var. Hələ utanmaz-utanmaz karapetə kömək etmək istəyirsiniz? Gedin özünüzü doktora göstərin.

t.ədalət 2020-10-01 09:28:32

Biz təcili Yunanıstandakı səfirimizi geri çağırmalıyıq.

Xalq 2020-10-01 08:31:27

ey yunan gedin 132 milyard dünyaya borcunuz var, gedin o borcları necə qaytaracağınız barədə fikirləşin nankorlar!

Dost 2020-10-01 07:11:10

Evvel "butun terefler" ifadesi isledilirdi beyenatda, gorunur indi yunanistan xib-in saytinda 2 teref ifadesi ile evezleyibler

Rehman feyziyev 2020-10-01 01:53:25

... yunan seni Turkiye lazimi dersi kiprde verib.

semed 2020-10-01 01:05:22

yunanlar ozleri it gunundedi tayli tayin tapmasa gunu ah vayla kecer ermeninin avropa

semed 2020-10-01 01:05:22

yunanlar ozleri it gunundedi tayli tayin tapmasa gunu ah vayla kecer ermeninin avropa

Vətəndaş 2020-10-01 00:57:15

Biz bilirik ki,Yunanıstan TÜRKÜN əbədi düşmənidir. Ancaq başa düşmək istəmədik ki, bizim də dostumuz deyil.

Son yazılar