"Türkiyənin dəstəyi regionda balansı dəyişib" - Qərb mediası müharibədən yazır

“Financial Times” qəzeti keçmiş Sovet İttifaqının miras qoyduğu dondurulmuş münaqişələrin qəfil qızışmaq tendensiyasından yazır. Qəzet redaksiya məqaləsində bazar günündən əməliyyatların getdiyi Dağlıq Qarabağda daha geniş qarşıdurma riskinin olduğunu vurğulayır.

Belə ki, Rusiyanın Ermənistanla müdafiə paktı var, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan isə Azərbaycanı açıq şəkildə dəstəkləyir. 

“Strateji neft-qaz kəmərlərinin keçdiyi təlatümlü regionda bu iki regional güc qarşı-qarşıya gələ bilər”, – məqalədə deyilir.

“Digər postsovet münaqişə zonalarından fərqli olaraq, Rusiya burada sərhədləri dəyişməyə çalışmır, hərbçiləri də yoxdur. Moskva həqiqətən də Cənubi Qafqazda münaqişəni qızışdırmaqda elə də maraqlı deyil və özünün müttəfiqləri arasında neytral qalmağa çalışır. Amma Rusiyanın Ermənistanda hərbi bazası və müdafiə sazişi var. Razılaşmaya görə, sonuncu üçüncü ölkənin hücumuna məruz qalarsa, ona qarşılıqlı yardım oluna bilər, ancaq sənəd Dağlıq Qarabağı əhatələmir”, – yazıda vurğulanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar