“Tabaterra” QSC Ordumuza 1 milyon manat bağışladı

“Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün şanlı ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

Bu barədə "AzPolitika.info"-ya “Tabaterra” QSC-nin mətbuat xidmətindən bildirilib.

“Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti əminliklə bildirir ki, Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən tapdağında olan torpaqlarımız cəsur ordumuz tərəfindən tezliklə azad olunacaq və bir milyondan çox köçkün və qaçqının öz torpaqlarına geri qayıtması ilə 30 illik Vətən həsrətinə son qoyulacaq"-deyə açıqlamada qeyd olunur.

AzPolitika.info

635x100

Şərhlər

Seyid Ənhu 2020-10-01 15:29:45

“Tabaterra”-ya təşəkkürlər.

Son yazılar