Menu

“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb

01.10.2020, 17:42
“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC bütün poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb. Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, Fonda köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb. Bu ödənişlərin ləğv imkanı isə yoxdur.

İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur. 

Şərhlər

Rehman feyziyev 2020-10-01 20:24:19

Azerpoctun bash gehremani Emin Efendiyev Azerpoctu yaman gune goyub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol