"Qarabağ" komandası UEFA Avropa Liqasında pley-off oyununu keçirib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Baş məşqçi Qurban Qurbanov start heyətində zədəsini yenicə sağaldan futbolçulardan yalnız Abdullah Zubirə yer verib. Mahir Emreli və Xayme Romero isə ehtiyatda qalıb. Pasport problemini həll edərək, Varşavaya sonradan yollanan Donald Gerye isə "18-liy"ə düşməyib.
Oyun əvvəldən sonadək "Qarabağ"ın üstünlüyü şəraitində keçib. Lakin ilk yarıda qol imkanlarından yararlanmaq mümkün olmayıb. Əvəzində Azərbaycan komandası ikinci hissəyə qolla başlayıb. 50-ci dəqiqədə Ovusu Kvabenanın ötürməsindən sonra Patrik Andrade hesabı açıb. Hücumlarını davam etdirən Ağdam komandası 62-ci dəqiqədə yenidən fərqlənib. Bu dəfə Zubir rəqib müdafiəçilərini təkbaşına arxada qoyaraq, Artur Borutsu da məğlub edib. Oyunda son nöqtəni isə 70-ci dəqiqədə Andradenin ötürməsindən sonra qüvvətli zərbə ilə Filip Ozobiç qoyub.
Beləliklə, "Qarabağ" ardıcıl 7-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində isə 6-cı dəfə mübarizə aparacaq.
Qeyd edək ki, püşkatma mərasimi bu gün saat 17:00-da olacaq.


Şərhlər
Xalqımızın futboldakı müzəffər komandanı Qurban Qurbanovu belə bir gündə xalqımızı gözəl qələbəylə sevindirməsinə görə təbrik edirik.Qurban müəllimin etdiklərinin Azərbaycan üçün nə qədər qiymətli olmasını başa düşməyən AFFA öyrənsin ki,bu müvəffəqiyyətlər necə əldə olunur.Həqiqət sadədir.Halallıq.AFFA-nı rus başlar yığınağına çevirənlərdən təmizləmək vaxtı çatmışdır.Qurban müəllimin hər qələbəsinə paxıllıq edənlər futbolumuzdan süprülüb atılmalıdır.
Mende inaniram ali baw kamadamiz Canab Ilham Eliyeve bizde Irizdentimizi ordumuzu desdekliyirem var olsun ordumuz yawasin xalqimiz mende konulu yazilmaq isdeyirem canab Pirizdent sizden xayiw edirem menide caqirsinlar.mende duwmenmize qarwi vuruwnaq isdeyirem