Menu

Ordumuz Füzuli istiqamətində əks-həmləyə başladı: Düşmən kəndlərimizi hədəfə alır

02.10.2020, 00:42
Ordumuz Füzuli istiqamətində əks-həmləyə başladı: Düşmən kəndlərimizi hədəfə alır

Azərbaycan ordusu Füzuli istiqamətində əks-həmləyə başlayıb. "Yeni Müsavat" qəzeti xəbər verir ki, düşmən yenidən cəbhə boyunca yerləşən kəndlərimizi atəşə tutur.

Azərbaycan ordusu ağır artilleriyadan cavab atəşi açaraq, düşmən mövqelərinə güclü zərbələr endirir.

Səhər saatlarında olduğu kimi, düşmən Füzulinin əsasən Horadiz şəhərini, Şükürbəyli və Alıxanlı kəndlərini hədəfə alıb.

Azərbaycan ordusu isə düşmənin atəş nöqtələrini susdurmağa davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol