Menu

"Azərbaycan torpaqları beynəlxalq qanunlara uyğun olaraq azad edilir"

02.10.2020, 11:22
"Azərbaycan torpaqları beynəlxalq qanunlara uyğun olaraq azad edilir"

“BMT-nin 4 qətnaməsinin icra edilməsi beynəxlalq təşkilatların birbaşa vəzifəsidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları beynəlxalq qanunlara uyğun olaraq azad edilir:

“Bəzi dövlət başçıları elə münasibət göstərirlər ki, onların bəyanatları sülhün yox, vəziyyətin gərginləşdirilməsini istəyir. Söhbət Fransa prezidenti Makronun bəyanatından gedir. Makron deyir ki, Qarabağın yenidən "ələ keçirilməsini" qəbul etməyəcəyik. Bu nə deməkdir? Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızın azad olunması bizim haqqımızdır. ATƏT-in Mins qrupunun tərkibi dəyişdirilməlidir. Hesab edirəm ki, bu dar gündə ölkəmziə belə bir münasibət göstərildiyi halda Fransa-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır”.

Şərhlər

Xalq 2020-10-02 15:11:13

makaron sən qəbul elədin ya yox Qarabağ de yure və alınandan sonra de fakto Azərbaycan torpağıdır. Əgər islam-xristian müharibəsi istəyirsənsə onda dılğır qoşunuvu göndər onda görərsən nə var nə yox.

Cənab Seyyid Səmədə 2020-10-02 13:13:11

Hər dəfə AZərbaycan və Avropada bəyan etmək gərəkdi ki, ya hərbi işğalçılar ölkəni təcili tərk etməli, ya da dövlət ölkə sərhədlərini qətiyyətlə MÜDAFİƏ etməlidir! 27 il hərbi genosid işğalına dözmək olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol