“LAVROV YEREVANA GETSİN, ONLARI BAŞA SALSIN...” - “Əməliyyata “Qarabağda sülh” adını qoymağı təklif edirəm”

Sentyabrın 27-də Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq əks-hücuma başlayıb və işğalçı qüvvələri Azərbaycan ərazilərində əzməklə məşğuldur. İndi Dağlıq Qarabağ məsələsi dünya gündəmində əsas yer tutur. Beynəlxalq qurumlar, aparıcı dövlətlərin liderləri Azərbaycan Ordusunun başlatdığı legitim əks-hücum əməliyyatının qarşısını almağa çalışır, sülh çağırışları edirlər.

“AzPolitika.info” mövzu ətrafında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla söhbətləşib. Müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi hərbi əməliyyatlarla yanaşı beynəlxalq reaksiyalar da ciddi diqqət mərkəzindədir. Azərbaycan Ordusunun legitim əməliyyatını və beynəlxalq reaksiyaları necə təhlil edirsiniz?

- Onu qeyd edək ki, cəbhədə hərbi vəziyyət göstərir ki, proseslərin indiki şəkildə inkişafı Azərbaycanın xeyrinədir. Çünki ordumuz üstün mövqedədir. Artilleriya, raket sistemləri və Pilotsuz Uçuş Aparatları (PUA) düşmənə ciddi zərbələr endirir. Hesab edirəm ki, bu, doğru seçilən hərbi taktikadır. Düşünəndə görünür ki, bu taktika XXI əsrin müharibə strategiyasına tam uyğundur. Yəni NATO əməliyyatlarına bənzərdir. Bununla paralel biz görürük ki, erməni tərəfi daha çox XX əsrin müharibələrinə oxşar taktika seçib. Bu hərbi baxışdır. Hətta hərbçi olmadan bunları görmək mümkündür.

Siyasi məsələyə gəldikdə, artıq görünür ki, Azərbaycan və Ermənistana çağırışlar çoxdur. Çağırışlar da təxminən o səpgilidir ki, sülhü təmin edin, danışıqlar masasına qayıdın, hərbi əməliyyatları dayandırın və s. Hesab edirəm ki, hər şey tərəflərin hərbi teatrda hansı imkanlara malik olmasından, yəni nəticədən asılı olacaq.

- Əməliyyatların indiki səviyyəsi Azərbaycan diplomatiyasına hansısa üstünlüklər qazandırırmı?

- Üstünlük verir. Xüsusilə, ona görə ki, indiki mərhələdə Azərbaycan tərəfi beynəlxalq qanunlara uyğun hərəkət edir. Bu mənada Azərbaycanın heç bir əməli tənqid edilə bilməz. Azərbaycan düşməni öz ərazisindən qovmaq istəyir. Beynəlxalq müşahidəçilərin buna görə Azərbaycana söz demək imkanı yoxdur. Artıq 28 ildir ki, Minsk Qrupu həmsdərləri bu məsələ ilə məşğul olur, lakin onların missiyası heç bir nəticə verməyib. Bu baxımdan Azərbaycan üstün mövqedədir. Üstəlik, bu, bizim haqq işimizdir və Azərbaycan tərəfində böyük mənəvi üstünlük var.

- Bu mənəvi üstünlük diplomatik uğurlara yol açacaqmı?

- Mən sadəcə beynəlxalq qanunlar baxımından fikrimi dedim, izah etmək istədim ki, bu gün biz beynəlxalq qanunlara görə hərəkət edirik və kiminsə bizi tənqid etməsi mümkün deyil. Bunun özü üstünlükdür. Baxın, erməni tərəfi indi oradan-buradan kömək istəyir. Soruşmaq olar: dəstəyi nə üçün istəyirsiniz? İşğal olunan əraziləri özünüzdə saxlamaq üçünmü? Hansı məqsəd üçün dəstək istəyirsiniz? Axı 10 illərdir ki, beynəlxalq təşkilatlar bu ərazilərin işğal edildiyini dönə-dönə qeyd ediblər. Onlar da görür ki, əslində BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan Ordusu yerinə yetirir. Onlar buna görə, əslində utanmalıdırlar.

- Fransa Prezidenti Emmanuel Makronun son bəyanatları nədən xəbər verir?

- Hamı başa düşür ki, cənab Makronun bu məsələdə imkanları çox məhduddur. Onun erməniləri tək qoymayacağı haqda fikirləri də qeyri-ciddidir. Çünki artıq erməniləri tək qoyublar. Makron bizi hansı şəkildə tənqiq edə bilər? Biz neyləmişik, bəlkə gedib Ermənistanın ərazisində müharibə aparırıq? Bu gün biz etnik təmizləmələrə məruz qalan bölgələrdə işğalçını qovuruq. Makron bizi hansı formada tənqid edə bilər? Mən hesab edirəm ki, Fransa prezidentinin açıqlamaları daxili auditoriyaya hesablanıb. Düşünürəm ki, Makron dünyada qeyri-obyektiv və heç bir nəticəsi olmayan bəyanatları ilə məşhur olub. Ona çox fikir vermək lazım deyil.

- Azərbaycanı hansı təzyiqlər gözləyə bilər?

- Əvvəla, sülhə çağırışların ancaq bizə aid olduğunu düşünməməliyik. İlk növbədə bu çağırışlar hər iki tərəfədir. İkincisi, biz danışıqlara daima hazır olmuşuq. Cənab Prezident də bunun nə şəkildə baş verdiyini deyib. Azərbaycan Ordusunun əks-hücumundan 3-4 gün əvvəl cənab Prezident yerli jurnalistlərlə görüşündə danışıqlar prosesini şərh etdi, açıq bildirdi ki, erməni tərəfi danışıqlar prosesini pozub, darmadağın edib. Əlavə etdi ki, biz danışıqlara gedə bilərik, o halda ki, bizə təqdim olunan sənəd qrafik şəklində olsun. Yada salmaq istərdim ki, qrafik şəklində olan sənəd ilk dəfə 1992-ci ildə Minsk Qrupu fəaliyyətə başlayanda ortaya çıxıb. Laçın və Şuşaşın işğalından sonra həmsədrlər belə qrafik təqdim edib. Deyilirdi ki, 10 gün müddətinə bu ərazidən işğalçı qüvvələr çıxmalıdır, 15 gün ərzində bu ərazidən işğalçı qüvvələrin çıxması bitir və s. Bu sadə və doğru sənəd idi. Cənab Prezident də deyir ki, vasitəçilər bu şəkildə sənəd hazırlasalar və ermənilər bu sənədə razılıq versələr, ərazilərimizdən çıxmaq öhdəliyini götürsələr, sözsüz ki, biz bunu müzakirə edərik.

- Rusiya, Fransa və ABŞ prezidentlərinin ortaq bəyanatı var. Tərəflər hərbi əməliyyatların dayandırılmasını və sülh danışıqlarına başlanılması çağırışını edib. Necə qiymətləndirirsiniz?

- Əgər onların bəyanatlarında işğalçı qüvvələrin ərazidən çıxmasının vacibliyi qeyd olunsaydı, məncə çox maraqlı olardı. Məsələ çox sadədir. Əgər bəyanatlarda işğalçı qüvvələrin ərazimizdən çıxması qeyd edilirsə, buna baxmaq olar. Ancaq ümumi şəkildə qeyd edilirsə ki, gəlin danışıqlara qayıdaq, məsələni müzakirə edək, bu halda hansı danışıqlar olacaq?

İkincisi, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə biz belə bəyanatları çox görmüşdük. Bu bəyanatlara əməl edən var idi? Yox! Vacib məqam ondan ibarətdir ki, indi görüşlərin keçirilməsi çağırışları var. Prinsipcə, görüşlər olsun, problem yoxdur.

- Yəni müharibə gedə-gedə danışıqlar aparıla bilər?...

- Axı əvvəl belə formatlar olub. Bunu biz unutmamışıq. Mən xatırlayıram, özüm belə görüşlərdə iştirak edirdim. Müharibə gedirdi, torpaqlarımız işğal olunurdu, biz isə Mİnsk Qrupu formatında danışıqlar aparırdıq. İndi bunlar bir-biri ilə ziddiyyət təşkil edən məsələlər deyil. Bizdə belə sualların çoxluğu bilirsinizmi nədən irəli gəlir? Mən sizə deyim, ermənilər bizim torpaqlarımızı işğal edəndə özlərini sülhün tərəfdarı kimi təqdim edirdilər. İndi biz öz torpaqlarımızı azad etdikdən sonra sülhdən danışaq. Mənim təklifim odur ki, Azərbaycan Ordusunun apardığı əməliyyata ad qoymaq lazımdır. Mən təklif edirəm ki, bunun adını “Qarabağa sülh” hərbi əməliyyatı qoyaq. Bəli, biz sülh gətirmək niyyətindəyik, orada yaşayan insanların öz evlərinə qayıtması lazımdır. Sülh belə olur. Odur ki, buna “Qarabağa sülh” əməliyyatı adını qoymalıyıq.

- Sizcə, əməliyyatlar nə qədər davam etməlidir?

- Erməni tərəfi hərbi əməliyyatları dayandırmağımız üçün öhdəliklər götürməlidir. Ondan sonra bu məsələyə baxılmalıdır. Öhdəliklər də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal edilən ərazilərdən çıxılması ilə bağlı ola bilər. Yəni öhdəlik götürüb deməlidirlər ki, 10 gün ərzində işğalçı ordunu Azərbaycan ərazilərindən çıxaracam. Onda biz bu məsələlərə baxa bilərik.

- Azərbaycan Ordusunun hərbi əməliyyat aparmasının beşinci günü tamam olub. Siz region aktorlarının, xüsusilə Rusiyanın davranışlarını necə qiymətləndirirsiniz?

- Bəzən media yazır ki, Rusiya Xarici İşlər naziri Lavrov bunu dedi, onun nümayəndəsi Mariya Zaxarova onu dedi. Biz görürük ki, rus dövlətinin prezidenti var və o deyib ki, qonşu dövlətlərin işlərinə müdaxilə etmək niyyətində deyil. Hazırda döyüşlər Azərbaycan ərazisində gedir və bu bizim daxili işimizdir. Lavrovun imkanları olub ki, bu problemi həll etsin. İllərlə ora-bura gedir, müzakirələr aparırdı. İndi istəyirdi ki, illərlə davam edən vəziyyət təkrarlansın. Lavrov zəng edib tərəfləri sülhə çağırır, bəs əvəzində hansısa təkliflər irəli sürürmü? Yox. Bundan əvvəldə deyirdi ki, danışıqları bərpa edək.

Rusiya ilə Azərbaycan arasında münasibətlər iki ölkə arasında imzalanan qanunlar əsasında irəliyə gedir. Bu ölkələr bir-birinin işlərinə qarışmır və bunu da Vladimir Putin deyib. Lavrov çalışar ki, hansısa addımlarla nəsə əldə etsin. Amma onun ciddi təklifini eşitməmişik. Getsin Yerevana , onları başa salsın ki, işğal olunan ərazilərdən çıxmaq, bu öhdəliyi götürmək, etnik təmizlənməyə məruz qalan insanları evlərinə qaytarmaq lazımdır. Bizə zəng etmək əvəzinə getsin onları başa salsın, sonra bizə təkliflərlə gəslin.

- Biz müşahidə edirik ki, Türkiyənin region siyasətinə qarşı çıxışlar var. Həm rus, həm də erməni mütəxəssisləri, eləcədə fransızlar bunu arzu etmir. Sizcə, niyə?

- Türkiyənin davranışları çox konkret və düzgün addımlardır. Onların addımları BMT Nizamnaməsinin tələblərinə uyğundur. Türkiyə tələb edir ki, işğalçı qüvvələr Azərbaycan ərazilərini tərk etsin. Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri də tələb edir. İndiki halda Türkiyə haqqa dəstək verir.

- ABŞ-ın məsələyə baxışı nədən ibarətdir?

- Hazırda ABŞ daxili siyasəti seçkilərlə məşğuldur. ABŞ bu məsələdə düşünür ki, hansı addım atsın. Mənim üçün həlledici İsrail siyasətçilərinin addımlarıdır. Aviqdor Libermanın mövqeyi açıqlandı. O bildirdi ki, Azərbaycanın işğal olunan əraziləri qaytarması İsrailin maraqlarına uyğundur. Cənab Liberman böyük nüfuza malik siyasətçidir. Əslində beynəlxalq ictimaiyyətin əksəriyyəti Azərbaycanın tərəfindədir. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət edirlər. Bu mənada beynəlxalq dəstəyimiz var.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

635x100

Şərhlər

B.Q, Tofik Z.a 2020-10-03 15:22:24

Belə müraciətləri hay miyaderləri kimi həll edərlər. Yaxın bir adamı və ya telelefonla xahiş edirsiniz ki, Müəllim onlarla danış-hədsiz itgilər vermişik, artıq dayansınlar," öz evləri"nə qay;ts;nlar/

Professor Rüstəm Məmmədov 2020-10-03 09:02:06

Mən Lavrovlara,və digər onun kimilərinə inanmıram. Belələrinə cavab yalnız ŞanlıAzərbaycan Ordusunun zəfər atəşləri olmalıdır. Lavrov uzun illərdir ki, Pusiya büdcəsinin öz xeyrinə sağır, etnik erməniləri Rusiya Xarici işlər Nazirliyinə qəbul etdirir, ona görədə indi Rusiya XİN-ini erməni XİN adlandırmaq daha doğru olardı.İndi biz durub bu XİN-dən ədalət gözləyəciyik. Yalnız Azərbaycan Ordusunun yaylım atəşləri bu dərdə dərmandır. Yaxud Makron özünü fransa demokratiyasını gözətçisi kimi təqdim etmək istəyir.Ancaq hamı başa düşür ki, indidən növbəti Fransa seçkilərinə hazırlaşır, başıboş erməniləri başını sığallıyır. Heyif ki XİV Lüdovik fransız olub.O heç də Napoleonun nəvəsi də ola bilməz.Mən onun yerinə xəcalət çəkərdim, lakin Azərbaycanın ünvanına bu sözləri deməzdim. O Fransanın 5 əsrdə yığdığı hörməti yerə vurdu.

Mirzə Qafarlı 2020-10-03 07:57:12

Biz bir halda hərbi əməliyyatları saxlaya bilərik. Bu şərt budur Ermənistan ağ bayraq qaldırır və dərhal ordusunu Azərbaycan ərazilərindən qeyri şərtsiz çıxarmağa başlayır.

rasim quliyev 2020-10-02 22:49:13

Neder o Kaspserskiye qonaglig vereceyik.O ermenler ozleri ozlerini o gune saldilar getsinler Koceryana,Serj Sakyana,Ohanyana sag ol desinler .Indi di qiymetini odeyirler .

Kamal 2020-10-02 22:35:59

Zənnimcə, 27 il sonra evlərinə dönmək istəyən Cəbrayıl, Fizuli qaçqınları tez-tez nümayiş olunmalıdır. Şanlı Azərbaycan əsgərinə eşq olsun!

Görüb Bilməzov 2020-10-02 22:11:03

S.Lavrov 30 ildən çoxdur daşnaqlarla Ermənistanın, Azərbaycanın, RF Kreml siyasətin və şəxsən SİZlərin BAŞ MÜƏLLİMidir! Bunu siyasi aləm çox aydın görüb və Qarabağ həlli də buna görə yubanıb! BMT TŞ qeyd-şərtsiz əvəll U.Klinton RF(Kremllə də) həll edin demişdii. Hansısa şərtlə, deməmişdi?

Kipcak 2020-10-02 20:18:43

Azərbaycan öz torpaqlarını işğaldan azad edir və Türkiyə, Pakistan və İsrail kimi llər bizə bir böyük dəstək

OQTAY 2020-10-02 19:31:09

..dıqa qardaslari kimi,cehenneme getsin!!!

Azəri 2020-10-02 19:13:30

Onları başa salmaq ancaq gülləni vurmaq başlarına vəssalam. Onlar ancaq bizi öldürmək yox etmək istəyirlər. Biz də onları öldürməliyik,gülələməliyik. Yoxsa bizdən millət olmayacaq.

INANMAYIN ishqalchiya ! 2020-10-02 19:06:06

Cenab Tofiq Zülfüqarov, ishqalchi Ermenistanin " OHDELIKLER " goturmek taktikasi , Azerbaycani NOVBETI DEFE ALDATMAQ, YALNIZ VAXT QAZANMAQ, VAXT UDMAQ, ELAVE , ermeni herbi quvvelerini cebheye getirmek ve Azerbaycan Ordusuna qarshi aktiv texribatlar toretmek meqsedi dashiyir, meger, ishqalchi Ermenistanin " OHDELIKLERINE " INANMAQ OLARMI ?????? Niye, cenab Zülfüqarov, siz, SADELOVH terzde, inanirsiniz, YALANCHI ve RIYAKAR , ishqalchi Ermenistana ????? YALNIZ ve YALNIZ, Azerbaycan Ordusunun CIDDI NEZARETI ALTINDA, ishqalchi ermeni herbi quvveleri, TECILI, HECH BIR VAXT ITIRMEDEN, Azerbaycanin erazilerinden CHIXARILMALIDIR. Bu prossesde, Minsk Qrupunun hemsedrlerinin ISHTIRAKI QADAQANDIR !!! Hech vaxt , ishqalchi Ermenistana INANMAQ OLMAZ, VAXT VERMEK OLMAZ DUSHMEN , ishqalchi Ermenistana......., INANMAYIN , tulku, hiyleger, riyakar, intriqant, yalanchi kalantaryana, DAIMA, Azerbaycan Ordusu, HER AN, AYIQ - SAYIQ OLMALIDIR, chunki, ishqalchi Ermenistan rehberliyi chox HIYLEGERDIR ve YALANCHIDIR........

Son yazılar