Menu

Düşmən Tərtəri şiddətli raket atəşinə tutub - 2 mülki şəxs yaralanıb

02.10.2020, 18:21
Düşmən Tərtəri şiddətli raket atəşinə tutub - 2 mülki şəxs yaralanıb

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin atdığı top mərmilərindən bir neçəsi rayonun mərkəzi küçəsinə və Tərət Rayon Prokurorluğunun qarşısına düşüb. Nəticədə Tərtər sakini, 1982-ci il təvəllüdlü Elçin Məmmədov və Sumqayıt şəhər sakini Ozal Həsənov yaralanıb.

Hazırda döyüşlər davam edir. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol