Menu

“İşğala dərhal son qoyulmalıdır” - Belçikalı deputatdan Azərbaycana dəstək

03.10.2020, 18:41
“İşğala dərhal son qoyulmalıdır” - Belçikalı deputatdan Azərbaycana dəstək

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Belçika parlamentinin deputatı Şevket Temizlə Ermənistanın Azərbaycana hücumları, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etidyi dörd qətnamənin icra olunmaması mövzusunda söhbət edib.

- Şevket bəy, Qarabağ ətrafında yenidən müharibə alovlandı. Sizcə, beynəlxalq birlik nə üçün məsələnin həllinə dəstək olmur?

- Qarabağ problemi bu gün həll olunmayan beynəlxalq problemlərdən biridir. 20 ildən çoxdur ki, aparılan diplomatik səylərin və danışıqların Dağlıq Qarabağ probleminin həlli üçün yetərli olmadığı görülür. Bunu açıq-aydın demək lazımdır. Problemin həll olunmaması bölgənin təhlükəsizliyinə böyük təhdid yaradır. Sülhün bərqərar olması üçün bir an öncə hərəkətə keçmək lazımdır. Ermənistan bölgə üçün ciddi təhdid yaradır. Bunu beynəlxalq birlik qəbul etməlidir. Qarabağda beynəxalq hüquq kobud şəkildə pozulur.

- Ermənistan beynəlxalq hüququ heçə sayır…

- Tamamilə razıyam. Ermənilərin Dağlıq Qarabağ və onun ətrafındakı işğalı davam edərkən, tərəflər arasında həll yolu üçün qalıcı bir zəmin yarana bilmədi. Yaranan çıxılmaz mühitdə atəşkəs erməni işğalçı qüvvələri tərəfindən pozuldu. Bu məni narahat edir. Ermənistan ordusu tez-tez Azərbaycana qarşı silahları işə salır.

- BMT-nin 4 qətnaməsi var. Nə üçün icra olunmur?...

- 1993-cü ildən bəri BMT-nin 4 qətnaməsi (822, 852, 878, 884) Qarabağın erməni qüvvələri tərəfindən işğal olunduğunu etiraf edir və dərhal dayandırılması tələb edilsə də, Ermənistan beynəlxalq qanuna, hüquqa qulaq asmır. Əvəzində isə Azərbaycan ərazilərinin 20% -i Ermənistan tərəfindən işğal edilib. Bu gündən etibarən Ermənistan, BMT qətnamələrində göstərildiyi kimi, qeyd-şərtsiz və dərhal işğala son qoymalıdır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan burada üstünlüyünü saxlayır. Qarabağ Azərbaycan ərazisindədir və milli sərhədləri çərçivəsində həll olunmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol