Menu

Madagizin (Suqovşan) Azərbaycan üçün hərbi əhəmiyyəti - Ağdərəyə yol açıldı və...

04.10.2020, 00:03
Madagizin (Suqovşan) Azərbaycan üçün hərbi əhəmiyyəti - Ağdərəyə yol açıldı və...

Suqovuşan işğal olunmuş ərazilərimizin şimal-şərqində, Tərtər rayonu ərazisində yerləşir. Əvvəllər Ağdərə rayonuna bağlı olub. O rayon ləğv olunduğu üçün Tərtərə keçib.

Əgər Suqovuşan alınıbsa bu sadəcə yaşayış məntəqəsinin alınması demək deyil. İkinci şəkildə göründüyü kimi, o kənd hər tərəfdən dağlarla əhatə olunub. Əgər o kənddə Azərbaycanın şanlı bayrağı dalğalanırsa, deməli ətraf dağlar da bizim əlimizdədir. Bu bir.

İkincisi, Suqovuşanın alınması ilə daha şimaldakı Talış kəndi də mühasirəyə düşmüş oldu. Çünki Talış kəndinə əsas yol Suqovuşandan keçir. Beləliklə, Talış kəndinin də şad xəbərini almağa az qaldı inşallah. 

Üçüncüsü, Suqovuşanın ətrafındakı yüksəkliklər alınıbsa, bu, o deməkdir ki, qərb tərəfdəki Tonaşen kəndi bizim ordunun baxışları altındadır, çünki Suqovuşanın dağları daha alçaqda yerləşən Tonaşenə nəzarət etməyə şərait yaradır. 

Dördüncüsü, əgər Suqovuşan alınıbsa, bu, o deməkdir ki, Tərtər rayonu əhalisinin canı raketlərdən və güllələrdən qurtardı, çünki Tərtərin yaşayış məntəqələrinə atəş o zirvələrdən açılırdı.

Beşincisi, artıq Ağdərənin alınması an məsələsidir, çünki indi Ağdərə üç tərəfdən hücum altındadır - şimaldan Suqovuşan, şərqdən Tərtər, qərbdən Papravənd kəndi.

Altıncısı, Suqovuşanın alınması düşməndə şok effekti yaradacaq, çünki ən alınmaz qalalarından biri alındı - coğrafi üstünlüyünə görə ən yaxşı müdafiə orada və Talış kəndində qurulub. Bəlkə eşitmisiniz, haqqında miflər uydurulan, 1 metrdən çox paneli olan 457 nömrəli postları da orada idi. Son günlərdə ən elit qüvvələrini də ora toplamışdılar və müdafiə olunurdular, çünki yazdığım kimi, oranın coğrafi əhəmiyyəti böyükdür. İndi bundan sonra düşmən ordusunda baş verəcək effekti siz təsəvvür edin.

Bir də yeddincisi var, o da budur ki, Suqovuşan alınıbsa, qarşımızda Kəlbəcərə qədər maneə yoxdur, çünki düşmənin müdafiə xətti Suqovuşan və Talış kəndində qurulmuşdu. Onu keçəndən sonra boş, əsgərsiz, postsuz ərazilərdir...

Xəqani Xudaverdiyev

Şərhlər

Mahir 2020-10-04 04:19:28

Azərbaycan xalqı tarixi qələbəsinə imza atdı

Вугар 2020-10-04 03:38:59

Ханкенди должен быть полностью разрушен и заново отстроен,чтоьы эти армяшки не могли апеллировать на какой то даже малюсенький свой след на нашей священной земле. Мы пришли!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol