Menu

Arayik Arutunyanın barəsində 15 maddə üzrə cinayət işi başlanıb

04.10.2020, 16:24
Arayik Arutunyanın barəsində 15 maddə üzrə cinayət işi başlanıb

Ermənilərin Gəncəni atəşə tutması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokuror Kamran Əliyevin bəyanatında bildirilib.

Qeyd olunub ki, qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Şərhlər

Topal Timur 2020-10-04 17:48:06

Cinayət işi boş şeydir, torpaqlarımızı tutub, atasını yandırmaq lazımdır

vetendash 2020-10-04 16:51:59

Azerbaycan Respublikasinin Bash Prokurorluqu INTERPOL - a muraciet ederse, cinayetkar Arayik Arutunyan HEBS OLUNAR. Ispaniya muraciet etmishdi Interpol - a ve Kataloniya separatchilarini Interpol HEBS etmishdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol