Menu

NATO Gürcüstanda hərbi məktəb yaradır

09.10.2014, 19:16
NATO Gürcüstanda hərbi məktəb yaradır

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargahı yanında NATO-dan olan hərbi mütəxəssislər qrupu işləyəcək. musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bəyan edib.

Nazirin bildirdiyinə görə, hərbi ekspertlər Gürcüstan-NATO paket razılaşmasının həyata keçməsinə nəzarət edəcəklər.

Paket təkcə birgə tədris bazasının deyil, həm də hərbi məktəbin yaradılmasını nəzərdə tutur. Məktəbdə müxtəlif ölkələrdən olan hərbi qulluqçular hazırlıq keçəcək, loqistik mərkız yaradılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol