Menu

"Ermənistan tərəfi yenə yalan və iftiraya əl atır" - XİN rəsmisi + VİDEO

05.10.2020, 12:29
"Ermənistan tərəfi yenə yalan və iftiraya əl atır" - XİN rəsmisi + VİDEO

Ermənilər tərəfindən indiyədək 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb

"Sentyabrın 27-dən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb:

 "Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya ki, azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirir.

Amma Azərbaycan tərəfində olan dəqiq faktlar göstərir ki, Azərbaycan ərazisini Ermənistanın Gorus, Sisyan, Berd, Cermuk və Vardenis şəhərlərindən atəşə tutur. Xarici və yerli ekspertlərin iştirakı ilə bu faktlar toplanıb və beynəxlaq qurumlara göndərilib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol